
Çöl Reklamları
Çöl reklamı ənənəvi reklam növlərindən biri olub, müştərilərin küçədə hərəkəti zamanı heç bir səy göstərmədən qarşılaşdıqları reklam formasıdır. Çöl reklamı maksimal dərəcədə qısa, lakonik, başa düşülən, səliqəli, diqqət cəlb edən olmalıdır. Burada reklamın dizaynı da son dərəcə önəmlidir. Çöl reklamlarından istifadə etməklə Siz biznesinizin 24 saat aktiv olan tanıtımına nail ola bilər, nəzərdə tutduğunuzdan daha geniş müştəri kütləsinə xitab edə bilərsiniz.

Daxili Reklamlar
Ofislərin tərtibatında istifadə olunan daxili reklamlar korportaviləşmə yolunda ən uğurlu addımların başında gəlir. Bu sahə xüsusi diqqətlə araşdırılmalı və reklamların hazırlanmasına başlanılmalıdır.

Çap Xidmətləri
Çap xidmətlərini öz sektorunda təcrübəli əməkdaşlarımız ilə sürətli və keyfiyyətli şəkildə təqdim edirik. Firmanızı, markanızı, məhsullarınızı hədəf kütlənizə tanıtmaq üçün ən effektiv tanıtım vasitələrindən biri çap məhsullarıdır. Çap məhsullarınızın hazırlanmasında sizin üçün təqdim etdiyimiz xidmətlərə daxildir – ofset çapı, rəqəmsal çap, UV çap, iri formatlı çaplar, plastik kart çapı.

Promo Məhsullar
Şirkətlərin potensial müştərilərinə özlərini tanıtmaq və məhsullarını bazara çıxarmaq üçün istifadə etdikləri effektiv tanıtım vasitəsidir. Bu gün bir çox məhsul promosyon olaraq təqdim edilə bilər. Təqdimat faylları, portfellər, çini kupalar, lövhələr, elektron məhsullar.

Dizayn Xidmətləri
Dizayn işlərində brandingdən tutmuş loqo və afişa dizaynlarına qədər geniş çeşiddə xidmətlər təklif olunur. Potensial müştəriləri brendinizlə heyran etmək üçün bir neçə saniyəsi var. Uğurlu biznes üçün yaxşı və qaydalara uyğun düzgün dizayn vacibdir. Daxilimizdə həm qrafik dizayn, veb saytlarının yaradılması, branding, interyer dizayn olmaqla brendinizə lazım olacaq dizayn xidmətlərini peşəkar olaraq göstəririk.
