Plastik Kartların Çapı

Plastik kart üzərinə çap günümüzdə tez tez istifadə edilən çap növü halına gəlmişdir. Plastik kartlar – abunə kartı, endirim kartı, qonaq kartı, otel kartı, xəstəxana kartı və s. kimi fərqli məqsədlərlə istifadə edilə bilinir. Hansı məqsədlə istifadə ediləcəyindən asılı olaraq plastik kartların ölçüləri 9×5, 10×7, 11×8 və 12×8 sm olaraq dəyişir. Kartlar barkodlu, barkodsuz və ya qabarıq çap şəklində hazırlana bilər. Onu da qeyd edək ki, bu gün firmaların daha çox sifariş etdiyi müştərilərinə plastik hədiyyə kartları və işçilərinə plastik yaxa kartlarının çapıdır.

OUTDOOR REKLAMLARIN ÜSTÜNLÜKLƏRİ

Bu gün outdoor (çöl reklamları), brendlərin tez-tez üstünlük verdiyi bir tanıtım üsuludur.
Çöl reklamları vasitəsiylə şirkətlər məhsullarını daha geniş kütləyə çatdırmağı hədəfləyirlər. Üstünlükləri ilə brendlər istədikləri prestij və qalıcılığa nail olurlar. Unutmaq olmaz ki, çöl reklamları birbaşa istehlakçıya müraciət edir. Bu səbəbdən şirkətlərin tanınması və xatırlanması daha sürətlə olur.

KEYFİYYƏTLİ ÇAPLARIN XÜSUSİ ÜSTÜNLÜKLƏRİ

Çapda keyfiyyəti təsadüfən təmin etmək mümkün deyil. Bunun üçün keyfiyyətli materiallardan və çap alətlərindən istifadə də son dərəcə vacibdir. Əks halda hazırlanacaq çapın keyfiyyətdən uzaq olması və istənilən çapın əldə oluna bilməməsi normal hesab edilməlidir. Çapda keyfiyyət arzu edilirsə, üzərinə çap olunan kağız da kifayət qədər keyfiyyətə malik olmalıdır. Yuxarıda qeyd olunan məsələlərin hamısı keyfiyyətli çap üçün zəruridir. Bu məsələlərə maksimum diqqət və həssaslıq göstərildikdə çapda keyfiyyətə nail olmaq tamamilə mümkündür.